Barak Obama administrasiyası Əfqanıstanla bağlı yeni strategiyasını reallaşdırmağı düşünür. Belə ki, "Washington Post" qəzeti bu iddia ilə çıxış edib. SİA "RİA Novosti"yə istinadən xəbər verir ki, Ağ evin siyasi dairələri bundan sonra Taliban terror qruplaşması ilə birbaşa danışıqlarda iştirak edəcəklər. Siyasilərin fikrincə, Barak Obama administrasiyası bununla Əfqanıstanda müəyyən üstünlük əldə edəcəyini və Taliban tərəfdarları qarşısında rəğbət toplayacaqlarını düşünürlər. "Bu vasitə ilə Əfqanıstanda gedən müharibəyə son qoymaq olar",- deyə qəzet yazır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB