Cənubi Koreyada ABŞ əsgərini mühakimə ediblər

Cənubi Koreyada ABŞ əsgərini mühakimə ediblər
Cənubi Koreya məhkəməsi amerikalı əsgəri zorlama cinayətində ittiham edərək onu 10 il müddətinə azadlıqdan məhrum edib. Cənubi Koreyanın "Renxap" agentliyinin yaydığı məlumata görə, ABŞ əsgəri xidməti yerinə yaxın olan bir qəsəbədə evə basqın edərək 18 yaşlı qıza təcavüz etdikdən sonra həmin evi talan edib.
SİA Lenta.ru-ya istinadən xəbər verir ki, 21 yaşlı amerikalı əsgərin adı və soyadı ictimaiyyətə açıqlanmayıb.
Qeyd olunur ki, məhkəmə qərarı ABŞ əsgərlərinə qarşı çıxarılan ən ağır hökmlərdən biri kimi tarixə düşüb. Daha öncə bundan ağır hökm 1992-ci ildə çıxarılıb. Belə ki, həmin vaxt ABŞ əsgəri yerli qadını zorladıqdan sonra öldürüb və ona 15 il azadlıqdan məhrumetmə cəzası çıxarılıb.
2011-ci ilin məlumatına görə, Cənubi Koreyadan il ərzində 30 min ABŞ əsgəri çıxarılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə