"The Washington Post"-tun yazdığına görə, NATO Liviyada hərbi əməliyyatlara başlayarkən, ciddi məğlubiyyətlə üz-üzə qalmaq təhlükəsini yaşaya bilərdi. Lakin Hillari Klintonun şəxsi müdaxiləsi sayəsində bundan qurtulmağa nail olunub. SİA Lenta.ru-ya istinadən xəbər verir ki, qızğın döyüşlər zamanı Fransa və İtaliya arasında ciddi narazılıqlar yaşanıb. Belə ki, İtaliyanın baş naziri Silvio Berluskoninin iddiasına görə, fransız qırıcıları hərbi kampaniyanın rəsmi olaraq başlamasından üç saat öncə Liviya ordusuna qarşı həmləyə keçiblər. Bu isə həm NATO-ya, həm də İtaliya ordusuna qarşı hörmətsizlik kimi dəyərləndirilib. Bu məsələni də Hillari Klinton sülh yolu ilə həll edib.
Eyni zamanda, ABŞ prezidenti Barak Obamanın Liviyanın Müvəqqəti Keçid Şurasının legitimliyini tanımağa da Hillari Klinton inandırıb.
Eyni zamanda, ABŞ prezidenti Barak Obamanın Liviyanın Müvəqqəti Keçid Şurasının legitimliyini tanımağa da Hillari Klinton inandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB