NATO “Hakkani” qruplaşmasına qarşı əməliyyat keçirib

NATO “Hakkani” qruplaşmasına qarşı əməliyyat keçirib
Şimali Atlantika gücləri Əfqanıstanın silahlı qüvvələri ilə birgə "Hakkani" terror qruplaşmasına qarşı geniş miqyaslı əməliyyat keçirib. SİA "Associated Press" agentliyinə istinadən xəbər verir ki, Əfqanıstanın şərqində baş tutmuş hərbi əməliyyatlar nəticəsində qruplaşmanın 200 nəfər üzvü ölü olaraq ələ keçirilmişdir. Onların \"Əl-Qaidə\" və "Taliban"-la iş birlikləri sübuta yetirilmişdir.
Yaralı olaraq ələ keçirilənlər və öldürülən terrorçular arasında partladıcı qurğu düzəldənlər, silah alışı ilə məşğul olanlar da var. Eyni zamanda "Hakkani" qruplaşması daxilində 180 nəfər "Taliban" üzvünün də öldürüldüyü barədə xəbərlər yer almaqdadır.
Ümumilikdə əməliyyat nəticəsində 400 kq-a qədər partlayıcı maddə, hərbi sursat və kompüter texnologiyaları ələ keçirilmişdir. Birgə əməliyyatlarda 25 min əfqanıstanlı hərbiçi, 11 min NATO əsgəri iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə