Talibanı məhv etmək ucün təkcə hərbi müdaxilələr kifayət etmir. Bunu Əfqanıstandakı NATO ordusunun komandanı General Daniel Makniel deyib. Onun sözlərinə görə, Talibanı dərhal yox etmək mümkün deyil və bu proses daha cox fundamental prinsiplərin qorunması ilə başa catrılmalıdır: "Yerli insanlarla münasibət və ölkədəki insan huquqlarının bərpasına önəm vermək əsas məsələlərdən biridir. Bəzən yerli sakinlərin Talibana olan münasibətindəki müsbət meyillərin səbəbləri bizim faliyyətimizlə baglı oldugu guman edilir. Bununla razı deyiləm. Taliban üzvlərinin vahid hərbi formaları yoxdur və onlar daha cox sıravi insanlar kimi geyinir, kəndlərdə yaşayırlar. Bu səbəbdən kimin Taliban olub kimin olmadığını ayırt etmək çətindir. Bunu yalnız özləri və çox yaxınları bilir. Hər halda bu yeni taktikadir".
Talibana qarşı mübarizə uzun müddətli strategiya tələb etdiyini xatıraldan General bildirib ki, qarşıda duran əsas vəzifə bir okləyə qarşı mübarizə deyil: "Bu məsələyə qətiyyən bu konteksde baxmaq olmaz. Biz anlamalıyıq ki, həmdə güclü idealoji dayaqları olan və psixoloji baxımdan hazırlıqlı terrora qarşı mübarizə aparırıq. Təsəvvür edin Talibanla mübarizənin başında bu gün Amerikan ordusunda nüfuzlu hərbicilər xidmət aparır ancaq biz hələdə gözlədiyimiz nəticəni əldə edə bilməmişik. Taliban Əfqanıstanın yenidən qurulmasını əngələmək istəyir ancaq buna nail ola bilməyəcəklər".
NATO ordusunun komandanı həmçinin vurğulayıb ki, hazırda Taliban yenidən aktivləşir və bu faktlar dəqiq məlumatlara soykənir.
Zamin Axundov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB