Son 50 ilin ən böyük sel fəlakətini yaşayan Tailandda ortaya çıxan rəqəmlər fəlakətin qorxunc anlarını sərgiləyib. SİA-nın xəbərinə görə, ölkədəki şəhərlərin üçdə biri sel suları altında qalıb. Əgər yağışlar bu minvalla davam edərsə dünyanın ən sıx şəhərlərindən biri olan paytaxt Banqkokun da sel fəlakəti altında qalacağı istisna edilmir. Qeyd edək ki, Tailand iqtisadiyyatının təxminən yüzdə 40-nı paytaxt Banqkok təşkil edir və hökumət paytaxtı qorumaq üçün böyük səy göstərir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB