Çin rəhbərliyi keçmiş lider Muəmmar Qəddafinin öldürülməsi ilə əlaqədar Liviyaya xoşməramlı çağırış edib. SİA-nın xəbərinə görə, Çin Xarici işlər nazirliyi köməkçisi Cian Yunun nazirliyin internet səhifəsindəki məlumatında "Liviyanın tarixində yeni bir səhifə açıldı" sözləri qeyd olunub. Məlumatda həmçinin Liviya xalqının dinc və xoşbəxt bir həyata qovuşması üçün ölkədə sabitliyin bərqərar olunması və iqtisadiyyatın yenidən qurulması istiqamətində fikirlər yer alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB