Çili hökuməti Almaniyadan nasist həkimin verilməsini tələb edib

Çili hökuməti Almaniyadan nasist həkimin verilməsini tələb edib
Çili hökuməti rəsmi olaraq Almaniya hökumətinə sorğu göndərib. Sorğuda bildirilib ki, Hökumət Almaniyadan həkim Harmut Hoppu tələb edir. SİA Lenta.ru-ya istinadən xəbər verir ki, adıçəkilən həkim keçmiş nasist zabiti Paul Şeferin "sağ əli" olub. P.Şefer 2010-cu il, aprelin 24-də Çilidə dünyasını dəyişib. Həkin H.Hopu isə isə pedofilllikdə və Çili diktatoru Avqusto Pinoçet dönəmindəki işgəncələrdə ittiham edirlər. Belə ki, Santyaqo ətrafında yerləşən, eləcə də Şeffer tərəfindən yaradılan "Diqnidad" koloniyasında insanlığa qarşı cinayətlər əməlləri törədilib.
Sorğu Çilinin ali məhkəməsində hazırlanıb və almaniyalı hüquq-mühafizəçilərinə göndərilib.
Qeyd edək ki, bu məsələ ətrafında gedən prokuror araşdırmaları bu ilin avqust ayından başlayıb və məlum olub ki, Hopp Çilidən Almaniyaya qaçıb. Lakin Çili ilə Almaniya arasında ekstradisiya qanunu mövcud olmadığına görə, hazırda nasist həkimin geriyə-Çiliyə göndərilməsi mümkün deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə