SİA "Associated Press" agentliyinə istinadən xəbər verir ki, ölkənin Milli Telekommunikasiya Komissiyasının rəhbəri bildirib ki, qiyamın canlı olaraq yayımlanması "cinayətin təbliği" kimi və nəticədə əhalinin narahat olnası kimi qiymətləndirilib. Cərimənin əsas səbəblərindən biri də qiyamçı məhbuslardan canlı olaraq emosional müsahibələrin alınması və bu müsahibələri onların yaxınlarının izləməsi olub.
Telekanal rəhbərliyi isə bildirib ki, onların 2 mln. dollar cərimə ödəməyə nə gücləri, nə də ki, pulları var. Lakin bütün məqamlarda öz yayınlarını davamlı etməyə çalışacaqlar.
Qeyd edək ki, " Globovision" telekanalı 24 saatlıq fəaliyyət sistemində yayımlanır və bütün ölkə ərazisi ilə yanaşı, Cənubi Amerika, eləcə də ABŞ ərazilərini əhatə edir. Telekanalın siyasi mövqeyi müxalifətyönlüdür və Uqo Çaves hökumətini tənqid edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB