SİA "WBNS-TV"-yə istinadən xəbər verir ki, ABŞ-ın Ohayo ştatında yerləşən fermadan 46 vəhşi heyvan müxtəlif istiqamətlərə doğru qaçıb.
Polisin məlumatına görə, həmin fermada şirlər, canavarlar, pələnglər, ayılar, zürafələr və lamalar saxlanılırmış. Hazırda dəqiq olaraq hansı heyvanların qaçdıqları bildirilmir.
Lakin bütün hallarda qaçan heyvanlar arasında insan həyatı üçün təhlükə yarada biləcək heyvanların olduğu məlumdur.
Ətrafda yaşayan vətəndaşlara çölə çıxmamaq məsləhət görülüb. Heyvanları axtarışa çıxan polisə Kolambus zooparkından mütəxəssislər köməyə gəliblər. İlkin olaraq vəhşi heyvanları yuxuya verə biləcək və tərkibində yuxu dərmanı olan güllələrlə vurmaq planlaşdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB