Belarus da“mavilər”in Lukaşenkonu müdafiə etmələrinə icazə verilməyib

Belarus da“mavilər”in Lukaşenkonu müdafiə etmələrinə icazə verilməyib
Minskin hökumət dairələri cinsi azlıqların Lukaşenkoya dəstək istiqamətində keçirmək istəkləri nümayişə icazə verməyib. Belə ki, rəsmi dövlət qurumları bu qərara ictimaiyyətin rahatlığının pozulmasından ehtiyat etdikləri üçün gəldiklərini deyiblər.
Xatırladaq ki, oktyabr ayaında Belarus prezidenti Lukaşenko Rusiyadan fərqli olaraq, Belarusda "Gey-parad"ın keçirilməsinə imkan yarada biləcəyini bəyan etmişdi. Lakin bundan öncə o Almaniyaya etdiyi səfərlərin birində çıxış edərkən demişdi ki, ölkəsində olan cinsi azlıqları məmuniyyətlə sovxoz və kolxozlara işləməyə göndərərdi. Ancaq sonradan bu məsələdə loyal mövqe nümayiş etdirməsi Belarus "mavilər"inin Lukaşenkoya olan sevgilərini artırıb. Ancaq bu dəfə də onlar öz sevgilərində yanılıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə