Əlcəzairin şərqində təşkil edilən terror aktında bir nəfər ölüb, iki adam isə yaralanıb. SİA-nın xəbərinə görə, Əlcəzair rəsmi xəbər agentliyinin verdiyi məlumatda paytaxtın 50 kilometr şərqindəki Boumerdes bölgəsində yol kənarına yerləşdirilən bombanın partlaması 40 yaşındakı bir qadının, onun həyat yoldaşının həyatını itirməsinə, 7 yaşında oğullarının isə yaralanmasına səbəb olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB