Oktyabrın 16-da Kaliforniyada yerləşən Stenford universitetinin kiçik kilsə binasında APPLE-nin mərhum baş direktoru Stiv Cobsun anım xatirəsi qapalı mərasim şəraitində keçirilib. SİA "Agence France-Presse"-yə istinadən xəbər verir ki, mərasimin dəqiq vaxtı ictimailəşdirilməyib. Belə ki, mərasimə dəvət alanların özləri də ciddi yoxlanışlardan sonra kilsəyə daxil ola biliblər. " The Wall Street Journal" isə yazır ki, dəvət olunmuş qonaqların sayı 100 nəfəri belə keçməyib.
Mərasim zamanı kilsənin ətrafı yüzlərlə polis əməkdaşları tərəfindən əhatəyə alınıb. Kaliforniya ştatının rəsmiləri isə bəyan ediblər ki, bundan sonra hər il oktyabr ayının 16-sı Stiv Cobs günü kimi qeyd olunacaq.
Xatırladaq ki, Cobs oktyabrın 5-də uzun sürən xərşəng xəstəliyindən vəfat edib. Onun dəfn mərasimi də gizli şəraitdə baş tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB