Uilyam Börnsün Cənubi Qafqaza səfərinin proqramı məlum olub

Uilyam Börnsün Cənubi Qafqaza səfərinin proqramı məlum olub

ABŞ dövlət katibinin birinci müavini Uilyam Börns oktyabrın 16-20-də Azərbaycan, Gürcüstan və Ermənistanda səfərdə olacaq.

ABŞ-ın Azərbaycandakı səfirliyindən SİA-ya verilən məlumata əsasən Börnsün səfər çərçivəsində rəsmi şəxslər və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşəcək. Görüşlərdə regiondakı vəziyyət, sülh və sabitliyin təmin edilməsi, iqtisadi inkişaf və demokratik islahatlar əsas müzakirə mövzusu olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə