Liviya Cəmahiriyyəsinin lideri Müəmmar Qəddafinin son sığınacaq yeri – doğolduğu Siirt şəhəri Milli Keçid Şurasının (MKŞ) hərbi qüvvələrinin əlinə keçib. SİA-nın xarici agentliklərə istinadən verdiyi məlumata görə, uzun müddət müqavimət göstərəndən sonra nəhayət Qəddafinin son sığınacağı da NATO-MKŞ birləşmələri tərəfindən alınıb. Maraqlı məlumat ondan ibarətdir ki, keçmiş liderə sadiq olan silahlılar arasında Qəddafinin oğullarından biri Mutassim də var. Faktı keçid hökumətinin nümayəndəsi Abdelkarim Bizam, BBC və Frans Press agentlikləri də təsdiq edib.
Məlumatda bildirilir ki, Qəddafinin oğlu hazırda Benqazidədir və yeni hökumətin təmsilçiləri tərəfindən sorğu-suala tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB