Rusiyanın qərbində, Kostroma vilayətində qocalar evində yanğın baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, yanğın zamanı hadisə yerində 15 nəfər olub. Onlardan 10-u dərhal təxliyyə edilib. Yanğın yerinin kəşfiyyatı zamanı 4 nəfərin cəsədi aşkarlanıb, daha 1 nəfər isə itkin düşmüş hesab olunur. Həmin şəxsin axtarışları davam etdirilir.
İlkin ehtimala görə, yanğına təhlükəsizlik qaydalarının pozulması səbəb olub.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB