Moldaviyada iki saat qurşağı olacaq

Moldaviyada iki saat qurşağı olacaq
Molaviya ərazisində bundan sonra iki saat qurşağı mövcud olacaq. Onlardan biri Dnestr çayının sağ sahilində, ikincisi isə sol sahilində-tanınmamış "Pridnestrovye respublikasında" işləyəcək. SİA Rusiyanın İTAR-TASS agentliyinə istinad edərək bildirir ki, bu barədə qərarı qondarma Pridnestrovye respublikasının prezidenti İqor Smirnov verib. Belə ki, qəbul edilmiş sənəddə bildirilir ki, qərar "Pridnestrovye vətəndaşlarının" əmək və istirahətlərinin daha da yaxşılaşdırılması üçün verilib. Eyni zamanda məlum olub ki, Moldaviyada saatlar bir saat geri çəkilərkən, "Pridnestrovyedə" saatlar geri çəkilməyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə