İki ay davam edən aramsız yağışlar Vyetnamda subasmaya səbəb olub. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, ölkə ərazisindən keçən Mekonq çayı məcrasından çıxaraq ətraf əraziləri su altında qoyub, təxminən 58 min yaşayış evi dağıntıya məruz qalıb, 24 min hektar əkin sahəsi məhv olub, bir çox avtomobil yolları yararsız hala düşüb.
Həmçinin, 24 nəfər ölüb, 6 nəfər xəsarət alıb. Təhlükəli ərazilərdən əhali təxliyyə olunub. Mövcud vəziyyətlə əlaqədar zəruri tədbirlər görülür. Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB