Ratko Mladiç hospitala yerləşdirilib

Ratko Mladiç hospitala yerləşdirilib
Serbiya respublikasının keçmiş baş qərargah rəisi Ratko Mladiç sağlamlığının kəskin pisləşməsi ilə bağlı hospitala yerləşdirilib. SİA Serbiyanın "Tanyuq" agentliyinə istinadən xəbər verir ki, general-polkovnik Mladiç sətəlcəmdən əziyyət çəkirmiş. Müttəhimin vəkili xəbər agentliyinə bildirib ki, bu barədə ona Sxveninqen həbsxanasının administrasiyası məlumat verib. Vəkilin sözlərinə görə, Mladiç artıq "Bronovo" xəstəxanasında həkim nəzarətindədir.
Haaqa məhkəməsindən isə bu barədə hələlik nə təsdiq, nə də təkzib verilib.
Xatırladaq ki, 1995-ci ildəki vətəndaş müharibəsində keçmiş Yuqaslaviya ərazisində serblərə komandanlıq edən R.Mmladiç Srebrenitsa şəhərini ələ keçirməyə nail olub. Şəhər işğal edildikdən sonra serb gücləri əsir qadın və uşaqları oradan deportasiya ediblər. Yeddi minə yaxın müsəlman kişi isə müxtəlif vasitələrlə öldürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə