İranlı aktrisa oynadığı rola görə 90 şallaq cəzası alıb- FOTO

İranlı aktrisa oynadığı rola görə 90 şallaq cəzası alıb- FOTO

İranlı aktrisa ölkəsində sənət adamlarına qoyulan qadağaları tənqid edən filmdə rol aldığı üçün bir il həbs və 90 şallaq cəzası alıb. SİA-nın İranın Kalameh.com saytına istinadən verdiyi məlumata görə, M. Vəfamehrin cəzası ötən gün yerli mətbuata açıqlanıb, ancaq geniş məlumat verilməyib.

Aktrisa mühafizəkar rejim tərəfindən sərt şəkildə tənqid edilən "Mənim satılmış Tehranım" filmində rol aldığına görə, iyul ayında bir il müddətinə həbs edilib, daha sonra pul girovu müqabilində azadlığa buraxılıb. Avstraliya və İranın birgə istehsalı olan filmdə gənc bir qızın başına gələn hadisələrdən bəhs edilir.

Fars xəbər agentliyinin yaydığı məlumata görə isə film ölkə daxilində qeyri- qanuni şəkildə və gizli satılır.

Bütün xəbərlər Facebook səhifəmizdə