Nadir zinyət əşyası olan qızılı mirvarinin istehsal prosesi-FOTOSESSİYA

Nadir zinyət əşyası olan qızılı mirvarinin istehsal prosesi-FOTOSESSİYA

Zinət əşyasının nadir növü sayılanqızılı mirvari istehsalının sirrini tapan Jak Branelli Filippinin cənub-qərbində yerləşən Palavan adasında yaşayır. SİA-nın xəbərinə görə, orijinal və yüksək keyfiyyətli mirvari olduqca dəyərli hesab olunur. Onların hər birinin ərsəyə gəlməsi üçün 5 il vaxt tələb olunur, bununla da yanaşı, xırda bir səhv mirvaninin keyfiyyətini öldürə bilər.


Jak Branelli deyib ki, mirvarilərin yetişdirilməsi çox əziyyətli bir prosesdir: "Temperatur və suda baş verən istənilən dəyişiklik istridyələrə təsir göstərə bilər. İstridyələrə edilən hər bir təsir isə mirvarilərə edilən təsir deməkdir. Mən artıq 38 ildir ki bu işlə məşğulam, amma hələ də öyrənirəm, hər dəfə nə isə bir yenilik tapıram. Əvvəlcə istridyələr 2 il inkubator mərhələsini, daha sonra isə suyun 15 metr dərinliyində inkişaf mərhələsini keçirirlər. Mirvariləri yetişdirən bu ferma Maniladan 500 km məsafədə yerləşir.İstridyələri inkubator dövrünü keçirdikdən sonra, onların özülü hazırlanır, hansı ki bu özülün ətrafında mirvari inkişaf edəcək. Növbəti 3il ərzində qəfəsləri mütəmadi olaraq hər həftə fırladaraq istiqamətini dəyişirlər. Bunu ona görə edirlər ki, mirvari mükəmməl kürəvi formada alınsın".


Bütün bunların ən çətini isə "Pinctada Maxima" istridyəsinin yetişdirilməsidir. Bu nadir növün tədqiqinə alim-bioloqlar 15 il vaxt sərf ediblər. Hazırda Jakın şirkəti qızıl mirvari istehsalının sirlərini bilən yeganə şirkətdir. Dalğıclar sahilə artıq içində mirvari yerləşən istridyələrlə qayıdır... Bir neçə ilin əziyyətinə baxmayaq hələ heç kim yüksək keyfiyyətli mirvarilərə zəmanət verə bilməz. Bir neçə saatdan sonra Branelli ilk mirvarilərin keyfiyyətini qiymətləndirir. Bütün mirvarilər qızılı olmaya da bilər, bəzilıri ağ, bəziləri şampan rəngində də ola bilər. Bir dəfəyə alınan 700 min məhsuldan təxminən 75%-i keyfiyyətli olur. Jak ultra keyfiyyətli mirvarilərini "Hanadama" adlandırır.

Bütün xəbərlər Facebook səhifəmizdə