Mehmanxanada uçqun baş verib

Çinin şərqində, Jiqansu vilayətində, mehmanxanada uçqun baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hadisə mehmanxananın giriş hissəsində qapı tağlarının uçması nəticəsində qeydə alınıb.

Uçqun zamanı binada 7 fəhlənin olduğu bildirilir. Onlardan 4-ü ölüb, 3-ü isə yaralanıb. Hadisənin başvermə səbəbi barədə məlumat verilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə