Hindistanın qərbində aviaqəza baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ölkənin Hərbi Hava Qüvvələrinə məxsus \"МiQ-21\" markalı qırıcı təyyarə Racastxan ştatında eniş zamanı yerə çırpılıb. Hadisə təlim uçuşları zamanı baş verib.
Tələfat olmayıb. Təyyarənin pilotu katapult etməyə müvəffəq olub. Hadisənin başvermə səbəbi barədə məlumat verilmir. Araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB