Ərdoğanın anası vəfat edib

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın anası Tənzilə Ərdoğan vəfat edib. SİA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi xəbərə görə, 83 yaşlı Tənzilə Ərdoğan öd kisəsindən əməliyyat olunmuşdu və sentyabrın 30-dan bəri xəstəxanada idi. Anasının vəfat xəbərini öyrənən baş nazir xəstəxanaya gedib. Tənzilə Ərdoğan sabah torpağa tapşırılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə