Çinin cənub-qərbində yerləşən Guizhou vilayətində fəaliyyət göstərən kömür mədənində qəza baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hadisə baş verən zaman mədəndə 28 fəhlənin olduğu bildirilir. Onlardan 13-ü xilas olmağa müvəffəq olub. İlkin məlumata görə, 15 nəfər itkin düşmüş hesab olunur. Hazırda hadisə yerində axtarış-xilasetmə əməliyyatları davam etdirilir. Qəzanın başvermə səbəbi araşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB