ABŞ-ın Texas ştatında, kimya zavodunun anbarında güclü yanğın olub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hadisə Dallas şəhəri yaxınlığında fəaliyyət göstərən, \"Maqnablend\" şirkətinə məxsus anbarda baş verib. Bildirilir ki, yanğının ümumi sahəsi 9 min kv.m təşkil edib. Təhlükəsizlik tədbirləri çərçivəsində zavodun işçiləri və yaxınlıqda yaşayan əhali ərazidən təxliyyə olunub. Xəsarət alanlar və zəhərli maddələrin ətrafa sızması barədə məlumat verilmir. İlkin ehtimala görə, yanğına partlayış səbəb olub. Hadisə ilə bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB