Misirdə bərə batıb

Misirdə, Nil çayında bərə qəzaya uğrayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, içərisində 17 nəfərin olduğu bərə çayın Edfu yaşayış məntəqəsi ərazisindən keçən hissəsində batıb. Hadisə yerinə cəlb edilmiş xilasedicilər tərəfindən 7 nəfər xilas edilib. Digər 10 nəfərin isə öldüyü bildirilir. Hazırda hadisə yerində müvafiq işlərin görülməsi davam edir. Qəzanın başvermə səbəbi araşdırılır.


Bütün xəbərlər Facebook səhifəmizdə