Tümendə "Kolço" meyvə-tərəvəz bazarının ərazisində baş verən atışma nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb. SİA-nın xəbərinə görə, bazarın işçiləri ilə yük maşınının sürücü arasında münaqişə baş verib. İki nəfər arasında başlayan davaya daha bir neçə nəfər qoşulub. Qəflətən atışma başlayıb, nəticədə bir nəfər başından güllə yarası alıb. Xəstəxanaya aparılan həmin şəxs orada dünyasını dəyişib. Atışma zamanı daha dörd nəfər yaralanıb, onlardan ikisinin vəziyyəti ağırdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB