Nobel mükafatçılarının adları məlum oldu

Nobel mükafatçılarının adları məlum oldu

Stokholmda fiziologiya və tibb üzrə Nobel mükafatının laureatları elan edilib. SİA-nın xəbərinə görə, dəyəri 10 milyon isveç kron (təxminən 1,4 milyon ABŞ dolları) olan mükafatla anadangəlmə immunitetin aktivləşməsinin öyrənilməsinə görə üç alim təltif edilib. Laureatların Bryus Byotler, Jül Hoffmann və Ralf Şteynman olduğu xəbər verilir. Laureatların mükafatlandırılması mərasimi dekabrın 10-da keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə