Gürcüstanda sürücülük vəsiqəsi tələb olunmayacaq

Gürcüstanda sürücülük vəsiqəsi tələb olunmayacaq

Gürcüstanda sürücülük vəsiqəsinin gəzdirilməsini icbari edən qayda ləğv olunub. SİA-nın Gürcüstan mətbuatına istinadən verdiyi xəbərə görə, bu qərarı paytaxt Tbilisidə keçən brifinqdə şəxsən daxili işlər naziri elan edib: " Bu yenilik vətəndaşların həyatının, habelə ölkə ərazisində sərbəst hərəkətin daha da asanlaşmasına yönəlib", - deyib nazir Vano Merabişvili.

Oktyabrın 2-dən yol polisi sürücülərdən nəqliyyat vasitəsinin texniki pasportunu də tələb etməyəcək. Avtomobili saxlayarkən polis lazım olan məlumatı mərkəzləşmiş kompyuter bazasından əldə edəcək. Müvafiq sistemlə bütün polis maşınları təchiz olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə