"TMZ" jurnalının internet səhifəsində Maykl Ceksonun ölümündən sonra çəkilən fotoşəkilləri yayımlanıb. Bütün dünya əfsanəvi müğənni Maykl Ceksona yüksək doza dərman verərək öldürməkdə ittiham olunan doktor Konrad Murinin məhkəmə işinin nəticəsini gözləyir. Müğəninnin xəstəxana çarpayısında cansız yatdığı vəziyyətdəki şəkilləri məhkəməyə dəlil kimi təqdim olunub. Məhkəmədə Mayklın qohumları iştirak edib. Müğənninin pərəstişkarları isə məhkəmə salonunun qarşısında toplaşıb. Şəkillə bərabər Maykl Ceksonun səsi yazılmış lent də məhkəməyə təqdim olunub. Məhkəmə bu lentdəki səsin psixotrop maddələrin təsiri altında olan Maykla aid olduğunu təsdiq edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB