Hindistanda sel 86 nəfərin həyatına son qoyub

Hindistanda sel 86 nəfərin həyatına son qoyub

Hindistanda son iki həftədir yağan aramsız yağışlar subasmaya səbəb olub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, təbiət hadisəsi nəticəsində 86 nəfər ölüb, iki milyondan artıq insan yaşayış yerini itirib. Əsasən ölkənin Orissa, Uttar-Pradeş və Bixar ştatlarında vəziyyətin daha da ağır olduğu bildirilir.

Bixar ştatında ərzaq çatışmazlığı səbəbindən fövqəladə vəziyyət elan olunub. Təhlükəsizlik tədbirləri çərçivəsində hadisə ərazisindən 61 min insanın təxliyyəsi həyata keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə