Türkiyə iddialıdır
Türkiyə dövləti daha öncələr də Rusiyadan nəql olunan qazın qiymətində endirim etmək istəmişdi. Lakin mart ayında Medvedev, Gül və Ərdoğan arasında aparılan danışıqlarda tərəflər ümumi razılığa gələ bilməmişdir. SİA Lenta .ru-ya istinadən xəbər verir ki, sentyabrın əvvəllərində Rusiyaya səfər edən Türkiyə prezidenti bir daha bəyan etmişdi ki, qaz məsələsi üzərində gedən danışıqlar hələ başa çatmayıb: "Ankara müsbət nəticəyə inanır".
Qeyd edək ki, Türkiyə rus qazının ən nəhəng alıcılarından biridir. "Qazprom" Türkiyəyə iki istiqamətdə qaz nəqlini gerçəkləşdirir: Qərbdən (Ukrayna və Bolqarıstan üzərindən) və "Mavi axın" adlı Qara dəniz yolundan və birbaşa Rusiyadan. 2010-cu ildə isə "Qazprom" Türkiyəyə 18 milyard kubmetr qaz ixrac edib.

Bütün xəbərlər Facebook səhifəmizdə