Filippində 50 min insan evakuasiya olunub

Filippində 50 min insan evakuasiya olunub
Filippində başlayan "Nesat" qasırğası nəticəsində bütün idarə və müsəssisələr öz işini dayandırmağa məcbur olub. Belə ki, sentyabrın 26-da gecə saatlarından başlayaraq ölkəni öz cənginə alan "Nesat" elektrik xətlərini və digər infrastrukturları tamamilə məhv edib. Filippinin Ticarət Birjası, təhsil müəssisələri, öz işlərini dayandırıb. Manila aeroportunda bütün reyslər təxirə salınıb.
SİA "Associated Press" agentliyinə istinadən xəbər verir ki, ölkə rəhbərliyi 112 min insanı yaşadıqları ərazilərdən evakuasiya etməyə başlayıb. Hazırda onlardan 50 mini təbii fəlakət zonasından uzaqlaşdırılıb.
Agentliyin digər məlumatına görə, il ərzində Filippində 20-yədək qasırğalar baş verir ki, onların hər birində insanlar həlak olurlar. "Nesat" qasırğası isə 2011-ci ildə baş verən ən güclü qasırğa kimi qiymətləndirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə