Yakutiyada şaxtalardan biri çöküb

Yakutiyada şaxtalardan biri çöküb
Yakutiyanın Çulmansk şaxtasında torpaq çöküntüsü baş verib. SİA "İnterfaks" agentliyinə istinadən xəbər verir ki, bir nəfər şaxtaçı həlak olub. Bu 57 yaşında olan dağ kombaynının maşinistidir. Onun meyidi şaxtadan 30 metr aralıda-torpaq çöküntüsünün altında müəyyənləşdirilib.
Fövqəladə Hallar Xidmətinin işçilərinin verdikləri məlumata görə, ümumilikdə qəza yerinin uzunluğu 12 metr ərazini əhatə edir.

Bütün xəbərlər Facebook səhifəmizdə