İsrail təzminat ödəyəcək

İsrail hökuməti 2007-ci ildə İsrail əsgərinin açdığı atəş nəticəsində həyatını itirən fələstinli bir qız uşağının ailəsinə təzminat ödəyəcək. SİA-nın xəbərinə görə, 10 yaşındakı qızı üçün 432 min dollar təzminatın ödənilməsi qərarlaşdırılıb. İsrail polisi qızın həyatını itirməsinə səbəb kimi daşın dəyməsini göstərsə də amma sonrakı araşdırmalar onun güllə nəticəsində öldüyünü ortaya çıxarıb.


Bütün xəbərlər Facebook səhifəmizdə