Yunanıstanda gənclər dövlət telekanalının studiyasını ələ keçiriblər
Bir qrup yunan gəncinin ölkənin dövlət telekanalı sayılan NET TV-nin binasına daxil olaraqstudiyaları ələ keçirdikləri məlum olub. SİA "Agence France-Presse"-yə istinadən xəbər verir ki, həmin gənclərin sayı 50 nəfərdən artıqdır. Gənclər kanal rəhbərliyinə qarşı bir sıra tələblər irəli sürüblər. Tələblərdən biri də onların birbaşa efirə çıxmaları olub. Onlar bu vasitə ilə ölkə rəhbərliyinin apardığı islahatlara qarşı çıxmalarını nümayiş etdirmək istəyirlər. Lakin NET TV rəhbərliyi bu tələbləri yerinə yetirməyərək bunun mümkünsüzlüyünü qeyd ediblər.
Polis həmin gəncləri binadan çıxarmağa müvəffəq olub.
Polis həmin gəncləri binadan çıxarmağa müvəffəq olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB