Suriyanın Rəstan şəhəri mühasirəyə alınıb

Suriyanın Rəstan şəhəri mühasirəyə alınıb
SİA "Reuters" agentliyinə istinadən xəbər verir ki, sentyabrın 26-na keçən gecə Suriya hökumət qüvvələri ölkənin Rəstan şəhərini mühasirəyə alıb. İriçaplı silahlar və ağır zirehli texnikalar vasitəsilə şəhər atəşə tutulmaqda davam edir. Ölən və yaralananlar haqqında məlumatlar yayılmaqdadır.
Xarici agentlik onu da xatırladır ki, avqust ayının sonlarında Rəstan şəhəri yaxınlığında mövqe tutmuş hökumət qüvvələri sıralarından onlarla insan fərarilik etmişdir. Onlar bu addımlarını Bəşər Əsəd rejiminin qəddarlığına etiraz olaraq atdıqlarını deyiblər. Rəsmi dairələrdən isə mühasirənin məqsədinin fərarilik edənlərin axtarışı ilə bağlı olduğu bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə