Medvedev Putinə 2012-ci ildə prezidentliyə namizədlik təklif edib
Moskvada \"Vahid Rusiya\" partiyasının qurultayında növbəti prezident seçkisinin əsas intriqası həllini tapıb. Prezident Dmitriy Medvedev ikinci müddətə prezidentliyə namizədliyini vermək niyyətində olmadığını bəyan edib. Dmitriy Medvedev partiyanın seçkiqabağı siyahısına başçılıq etməyə razılıq verib. O, çıxışının sonunda seçkidən sonra hökumətdə praktiki fəaliyyətlə məşğul olmağa hazır olduğunu bildirib və baş nazir Vladimir Putinə prezidentliyə namizədlik təklif edib. \"Vahid Rusiya\" partiyası hazırki dövlət başçısının qərarını dəstəkləyib.
Rusiyanın baş naziri Vladimir Putin isə Dmitriy Medvedevin təklifini qəbul edib. Vladimir Putin hakim partiyanın seçkidə qalib gələcəyinə, Dmitriy Medvedevin isə hökumətə başçılıq edəcəyinə əmin olduğunu deyib.
Siyasi şərhçi Rasim Musabəyov hesab edir ki, Dmitri Medvedivin heç bir siyasi resursu yox idi. Ona görə də Medvedevin müvəqqəti tutduğu prezident postunu yenidən Putinə ötürəcəyi gözlənilən idi.
Onun sözlərinə görə, bu qərarla, əslində, nümayiş olunurdu ki, Medvedevə müvəqqəti olaraq bu vəzifəni tumağa Vladimir Putin həvalə etmişdi: "O, lazımi konstitusiya dəyikşklikləri, prezident müddətinin uzadılmasını Putin üçün hazırlıq edib. İndi isə ona yenidən o vəzifəni təhvil verir".
Politoloq gələnilki seçkidə Putinin prezident seçiləcəyi ehtimalını yüksək qiymətlədir.
Qeyd edək ki, əgər Vladimir Putin növbəti dəfə prezident seçilərsə, o, Stalindən sonra Sovet İttifaqından bəri Rusiya dövlətinə ən çox rəhbərlik edən ikinci şəxs olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB