Bəşər Əsəd yenə Avropa İttifaqının qəzəbinə tuş gəlib

Bəşər Əsəd yenə Avropa İttifaqının qəzəbinə tuş gəlib

Avropa İttifaqı (Aİ) Suriyanın dövlət başçısı Bəşər Əsəd rejiminin əleyhdarlarına qarşı təzyiqlərin artırılmasına cavab olaraq bu ölkəyə əlavə sanksiya qərarı verib.

SİA-nın Türkiyənin \"Bugün\" qəzetinə istinadən verdiyi xəbərə görə, Aİ-nin xarici münasibətlər və siyasi təhlükəsizlik üzrə ali nümayəndəsi Ketrin Eşton ölkədəki neft sektoruna yeni sərmayələrin yatırılmasının qadağan edildiyini söyləyib.

Eşton yeni qərarın sentyabrın 2-də verilən Suriyadan xam neft idxalatı qadağasını gücləndirmək məqsədi daşdığını deyib.

Aİ-nin verdiyi əlavə sanksiya qərarında həmçinin, Suriya Mərkəz Bankına banknot vermə, rejimlə əlaqəsi olan rəsmilərə səyahət və viza qadağanlarını ehtiva etdiyi qeyd edilib.

Suriya çox hissəsi Aİ ölkələrinə olmaq üzrə gündə 150 min barel xam neft ixrac edir. Suriyanın 2010-cu ildə xam neftdən 3,1 milyard dollar gəlir əldə etdiyi bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə