Gürcüstanın İrəvandakı səfiri Ermənistan XİN-ə çağırılıb

Gürcüstanın İrəvandakı səfiri Ermənistan XİN-ə çağırılıb

Gürcüstanın Ermənistandakı səfiri Tengiz Şarmanaşvili "Gürcüstan XİN-in Dağlıq Qarabağ separatçılarının sentyabrın 18-də keçirdiyi "bələdiyyə seçkiləri"ni tanımaması ilə bağlı rəsmi bəyanatı"ndan sonra ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Ermənistan xarici işlər nazirliyinin mətbuat katibi Tiqran Balayan deyib.

O, Gürcüstan səfirinə etiraz notasının təqdim edildiyi də vurğulayıb.

Qeyd edək ki, rəsmi Tiflis Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir, Dağlıq Qarabağda yerli orqanlara keçirilmiş qanunsuz "seçkiləri" tanımayır"- deyə Gürcüstanın bəyanatında yer alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə