Hindistanın şimal-şərqində zəlzələ baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi yeraltı təkanların gücü 6,8 bal təşkil edib. Zəlzələnin episentri Qanqtok şəhərindən 68 km şimal-şərqdə qeydə alınıb. Yeraltı təkanların 30 saniyə davam etdiyi bildirilir. Yer titrəyişləri qonşu Nepalda da hiss olunub. Tələfat və dağıntı qeydə alınıb. Ümumilikdə, baş vermiş zəlzələ nəticəsində 42 nəfər ölüb, yüzillərlə insan xəsarət alıb.
Xeyli sayda əhali ətraf mühitdən təcrid olunmuş vəziyyətdədir. Təhlükəsizlik tədbirləri çərçivəsində əhalinin təxliyyəsi həyata keçirilir. Axtarış-xilasetmə əməliyyatları məqsədilə əraziyə 5 hərbi təyyarə və 5000 hərbçi cəlb olunub. Yaranmış vəziyyətlə əlaqədar olaraq müvafiq işlər görülür.
Anoloji hadisə İranda da baş verib. Yeraltı təkanların gücü 4,6 bal təşkil edib. Zəlzələnin episentri İranın cənubunda, Cəhrom şəhərindən 79 km cənub-qərbdə qeydə alınıb. Tələfat və dağıntı barədə məlumat verilmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB