"Müəmmar Qəddafiyə sadiq qoşunların 15 faizi bu günə kimi döyüş əzmini qoruyub saxlayır". SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bunu NATO qərargahı komandanının müavini fransız generalı Vensan Teryer deyib: "Qəddafiyə sadiq olan əsas qüvvələr Tripolidən Səbha və Sirt şəhərlərinədək olan ərazilərdə özlərinə mövqe tutublar",-deyə o əlavə edib.
NATO ordusunun Generalı eyni zamanda Qəddafinin həbs edilməsinə də aydınlıq gətirib: "NATO Qəddafini izləmir. Bizim bunun üçün nəzərdə tutulan qüvvəmiz və vəsaitimiz yoxdur".
Eyni zamanda isə BMT Təhlükəsizlik Şurası Liviyaya qarşı qəbul edilən sanksiyaların yumşaldılmasına səs verib. Artıq bununla bağlı Tripoliyə BMT missiyasının göndərilməsi barədə də qərar qəbul edilib. Tripoliyə göndərilən missiya ölkənin silahlı münaqişədən sonrakı bərpasına yardım etməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB