Niger Liviyanın keçmiş lideri Müəmmar Qəddafinin oğlu Saadi Qəddafinin hələ ölkəsinə qaytarılmayacağını bildirib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Niger rəsmisi Maru Amadu təşkil etdiyi mətbuat konfransında ölkəsinə sığınan Saadi Qəddafinin liviyalı səlahiyyətlilərə təslim edilib-edilməyəcəyinə dair suala \"xeyr\" cavabını verib.
Hökumət rəsmisi Saadi Qəddafi ya da başqa bir insanın məhkəmədə mühakimə olunacağı halda Nigerin üzərinə düşən öhdəlikləri yerinə yetirəcəyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB