Əlcəzairdə bir neçə qrup kütlə şəklində ölkənin iki aparıcı qəzeti - "Əl-Xəbər" və "Əl-Vətən"nin mətbəələrinə və redaksiyasına hücum edərək onların yerləşdiyi binanı yandırıb. SİA "İTAR TASS"-a istinadən xəbər verir ki, 100-ə yaxın şəxs qəzetlərin mətbəəsinə içərisində yandırıcı maddə olan şüşə qablar atıblar. "Əl-Vətən" qəzetinin direktoru baş verənlərdən dəhşətə gəldiyini deyib. Binada qəzetin üç aylıq kağız ehtiyatı da olub. "Əl-Xəbər"in baş redaktoru cinayətin motivlərinin ona bəlli olmadığını bildirib.
Qeyd edək ki, hər iki nəşr bu yaxınlarda bildirmişdilər ki, özlərinin radio və telekanallarını açmaq istəyirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB