SİA İTAR-TASS agentliyinə istinadən xəbər verir ki, Serbiyada baş qaldırmış meşə yanğınları nəticəsində 200 ha yaşıl zolaq tamamilə yanaraq külə dönüb. Karlevo şəhərinin fövqəladə hallar xidmətinin rəsmisi Radoits Koçoviç öz açıqlamasında məlumat verib ki, həmin yanğınlar daha 200 ha ərazini öz ağuşuna almaq iqtidarındadır.
"Alovla mübarizəyə 120 yanğınsöndürən, bir helikopter cəlb olunsa da yaxın zamanda polis qüvvələrinin və texnikasının da köməyə gələcəyi gözlənilir" deyə Koçoviç bildirib.
Bənzər hadisə qonşu Çernoqoriyada da baş verir. Belə ki, alov meşə zolağının 100 ha ərazisini əhatə edir. Ölkənin paytaxtı isə qara tüstü altında qalıb. Səhiyyə xidməti isə xəbərdarlıq edib ki, əhali bir müddət öz evlərindən çölə çıxmasın.
Serbiyada və Çernoqoriyada baş qaldırmış yanğınların son 60 ildə istilərin rekord həddə-37 dərəcəyə çatmasından əmələ gəldiyi ehtimal edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB