Ərdoğan: Türkiyə Hərbi Dəniz Qüvvələri Aralıq dənizinin şərq hissəsinə daxil ola bilər
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ərəb ölkələrinə səyahəti çərçivəsində Tunisdə etdiyi çıxışında bildirib ki, Türkiyənin Hərbi Dəniz Qüvvələri hər an Aralıq dənizinin şərq hissəsinə daxil ola bilər. Ərdoğan İsrailin sözügedən sular ərazisində istədiyini edə bilməmədiyini bəyan edib. Xarici mətbuatın yazdığına görə, Türkiyəli baş nazirin bu cür səfərləri həmin regionda Türkiyə dövlətinin möhkəmlənməsi məqsədini daşıyır. Baş nazir "ərəb baharı" ölkələrində ən sevilən siyasi fiqur kimi dəyərləndirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB