İsrailin baş naziri Benyamin Netanyahu və xarici işlər naziri Aviqdor Liberman ölkənin İordaniyadakı səfirlik binasının evakuasiya olunduğunu bəyan ediblər. SİA "Haarets" qəzetinə istinadən məlumat verir ki, İsrail hökuməti Əmmanda baş qaldıran anti-İsrail aksiyalarından ehtiyat edir. Onlar iddia edirlər ki, belə aksiyalar yaxın zamanlarda Qahirədəki İsrail səfirliyində baş vermiş olayları təkrarlaya bilər.
İsrail ilk olaraq yalnız bazar günləri öz səfirlik əməkdaşlarının Əmmandan çıxmasını istəyirdi. Lakin sonradan əldə etdiyi məlumatlardan dolayı bütünlükdə evakuasiya məsələsini reallaşdırmağa başlayıb.
Qeyd edək ki, \"Facebook\" şəbəkəsində 3400-ə yaxın iordaniyalı İsrail səfirliyinə hücum etməyi nəzərdə tutduğunu açıqlayıb. Məhz bundan sonra. evakuasiya qərarı planlaşdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB