Yeji Buzek “Şərq Tərəfdaşlığı” proqramının əsas məqsədlərini açıqlayıb

Yeji Buzek “Şərq Tərəfdaşlığı” proqramının əsas məqsədlərini açıqlayıb

Strasburqda Avronest Parlament Assambleyasının ilk sessiyası işə başlayıb. SİA-nın "News.am" saytına istinadən verdiyi xəbərə görə, sessiyanın ilk günündə Avropa Parlamentinin sədri Yeji Buzek çıxış edib. O bildirib ki, "Şərq Tərəfdaşlığı" proqramının əsas məqsədləri iqtisadi əməkdaşlıq, demokratiyanın inkişafı və viza rejiminin sadələşdirilməsi olmalıdır: "Yaxın Şərq və Afrika problemləri gündəmdə olsa da Avropa İttifaqı üçün onun şərq qonşuları məsələsi də vacib olacaq"- deyə o əlavə edib.

Y. Buzek Avropa bazarlarının "Şərq Tərəfdaşlığı" proqramına üzv olan dövlətlər üçün açıq olmasının vacibliyini vurğulayıb: "Burada həmçinin viza məsələsinə də xüsusi diqqət ayrılmalıdır. Sərhədlər vətəndaşların üzünə açıq olmalıdır. Bu zəmində hökümətlər yox, sadə insanlar inteqrasiya olunmalıdır. Məhz buna görə viza rejiminin sadələşdirilməsi bizim üçün çox vacibdir".

Bütün xəbərlər Facebook səhifəmizdə