Fransa prezidenti Nikolya Sarkozi və Böyük Britaniyanın baş naziri Devid Kemeron bu gün Tripoliyə səfər ediblər. SİA "The Guardian" qəzetinə istinadən bildirir ki, təhlükəsizlik planları nəzərə alındığına görə, səfər haqqında beynəlxalq KİV-ə məlumat verilməyib.
Hazırda hər iki dövlət liderinin Liviyanın MKŞ-si ilə görüşü gözlənilir.
Fransanın maliyyə naziri Fransua Baruanın verdiyi məlumata görə, bu səfər simvolik məqsəd daşıyır və hərbi-iqtisadi məsələlər aparılan danışıqların mövzusu olmayacaq. Rəsmi Paris və London hələlik Tripolinin dirçəlməsi istiqamətində müəyyən yardımlar etməyi düşünür.
Xatırladaq ki, Liviya əməliyyatlarında bu iki ölkə xüsusi fəallıqları ilə iştirak ediblər.
Cümə günü isə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Liviyaya səfəri gözlənilir. O, Liviya ərazisinə Tunis sərhədlərindən keçəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB